Qısa məzmun
Baku Coffee Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və məsuliyyətlər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmalarının aparılması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
- ACCA sertifikatlarından birinin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl, ingilis və rus dili üstünlükdür;
- Tapşırıqların müəyyən olunmuş vaxtda dəqiq icra olunması.
- Əmək haqqı: 500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 10:00-19:00
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...