Qısa məzmun
AzMiCon MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması, Vergi orqanları ilə yazışmalar
- Vergi və mühasibat uçotunun aparılması, Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqlityini təmin edir.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Əməliyyatların 1C 8.3 proqramında işlənməsi
- Yük gömrük bəyannamələrini yoxlanılması və məlumatların hesablanmasıVergi hesab fakturaların yazılması (qaimə faktura,depozit, ədv hesablaşmaları və s.)Bank və kassa əməliyyatları
Tələblər:
- Ali təhsil
- 22-35 yaş həddi
- Mühasibatlıq/Maliyyə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 17:00-dək
- Nəqliyyat şirkət tərəfindən təmin olunur.
- İstirahət günləri – şənbə və bazar günləri.
- Əmək haqqı – 1000 AZN
- İş yeri: Grand Park II, Şıxov qəsəbəsi, Salyan şossesi 12
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Mühasib” qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...