Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Horizon Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 9:00-18:00 / Bazar ertəsi – Cümə

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu və vergi uçotu üzrə ilkin sənədləşmənin təşkili (Kassa mədaxil və məxaric orderlərinin, təhviltəslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının və üzləşmə aktlarının tərtib edilməsi) ;
  • Göndərilən e-qaimələrin (satış və geri qaytarma) yazılması, gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
  • Onlayn kargüzarlıq vasitəsilə dövlət vergi orqanları və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması ;
  • Bank və kassa əməliyyatlarının icrası, ƏDV deposit hesablarından ödənişlərin həyata keçirilməsi;
  • İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı müvafiq əməliyyatların aparılması, habelə həmin əməliyyatlara dair zəruri sənədləşmənin təşkil olunması (o cümlədən sığorta, son haqq-hesab, məzuniyyət və.s);
  • İcra olunan əməliyyatlar haqqında məlumatların “1C” proqramına daxil edilməsi;
  • Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə, DSMF-yə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilən hesabatların hazırlanması və adiyyəti üzrə göndərilməsi;
  • Rəhbərliyin və müştərilərin görülən işlər və onların nəticələri barədə müntəzəm məlumatlandırılması.

Namizədə tələblər:

  • Təhsil: Ali (maliyyə və mühasibatlıq sahəsində)
  • Yaş həddi: 23-30
  • Dil bilikləri: Azərbaycan dili – səlis (şifahi və yazılı), rus və ingilis dili – arzuolunandır
  • Texniki biliklər və bacarıqlar:
  1. 1C 8.3 “ERP” sistemindən və “MS Office” proqram təminatı paketindən (xüsusilə Excel) sərbəst istifadə;
  2. ƏDV, ÖMV, mənfəət (gəlir) vergisi, sadələşdirilmiş vergi, əmlak vergisi bəyannamələri, DSMF, İTS, İS üzrə vahid bəyannamə və statistika hesabatlarını hazırlamaq;
  3. Maliyyə hesabatlarını (Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişiklik haqqında hesabatlar) tərtib etmək (İkili yazılışı bilmək mütləqdir);
  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məsəlləsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər sahəvi normativ hüquqi aktların müvafiq maddələri haqqında məlumatlı olmaq;
  5. Müxtəlif dövlət portallarında sərbəst işləmək (e-gov, e-sosial, e-taxes, e-customs və s.);
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il

Davranış səriştəlikləri:

  • Riyazi düşüncə və analitik təhlil
  • Ünsiyyət və komanda ilə işləmə
  • Dəqiqlik, operativlik və nəticəyönümlülük
  • Məsuliyyət və təşəbbüskarlıq

Son müraciət tarixi: 25 fevral 2023-cü il

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CVlərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə