Qısa məzmun
Qaya Safety Solutions Mühasib vəzifəsi üzrə vakansiya elan edir
Əmək haqqı 1000-1500 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).
İş barədə məlumat:
- Hesab-faktura, təhvil-təslim aktı, elektron qaimə və mühasibat uçotu üzrə digər ilkin sənədlərin hazırlanması, toplanması və arxivləşdirilməsi;
- Bank və kassa əməliyyatları, təhtəl-hesab şəxslərlə hesablaşmaların icra olunması, avans hesabatların hazırlanması;
- Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının şirkətin daxili prosedurıarına uyğun olaraq icra olunması,
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların, aylıq xərclərin e-qaimə və Yük Gömrük
- Bəyannnamələri əsasında mühasibat yazılışlarına uyğun olaraq proqram təminatında əks olunması;
- İstehsalatda bədbəxt hadisələrlə bağlı İcbari Sığorta Bürosu portalında sığorta müqavilələrinin əlavə olunması, ödənilməsi və işdən azad olmuş işçilərin sığorta müqavilələrinə xitam verilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması, itirilmiş və vaxtı keçmiş kartların müddətinin uzadılması və dəyişdirilməsini təmin etmək;
- Əmək haqqı, məzuniyyət, son haqq-hesab, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması və ödənilməsi;
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların təqdim olunmasında köməkçi işlərin icrası.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki 5 günlük;
- AR qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
- Mühasibat uçotu və mühasibat yazılışları üzrə biliklər;
- Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
- 1C 8.3 versiyası və ofis proqramları ilə sərbəst işləmək;
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
- Elektron portallardan (E-taxes.gov.az, e-gov.az, customs.gov.az, isb.az və sair) istifadə təcrübəsi.
Elektron poçtun “Mövzu” yerinə “Mühasib” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...