Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MSDIS Holding Mühasib Vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu, Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatların icrası;
  • Vergi orqanları tərəfindən göndərilən sorğuların izlənilməsi və cavablandırılması;
  • Vergi hesabatlarının hazırlanması və göndərilməsi;
  • E-qaimə fakturaların yazılması;
  • Statistik hesabatların hazırlanması və göndərilməsi;
  • DSMF ilə bağlı hesabatların hazırlanması təqdimatı;
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
  • Gündəlik bank ödənişlərinin sistemə işlənilməsi;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması

Tələblər:

  • Yaş həddi: 23-45;
  • Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;Maliyyə-mühasibat işi üzrə min 1 ildən az olmayaraq iş stajı;
  • Kompüterdə sərbəst işləyə bilmək (1C 8.3 , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel, PowerPoint);
  • Analitik bacarıqlara sahib olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;
  • Komandada işləmək bacarığına sahib olmaq.

İş haqqında məlumat:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş Masallı rayonu ərazisində nəzərdə tutulub
  • İş saatları: həftə içi 10.00-18.00, şənbə isə qısa iş günü.
  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir.
  • Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.
  • Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Mühasib ” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı