Qısa məzmun
Agro-West DC LLC Bank və kassa əməliyyatları üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
“AGRO-VEST RETAIL” MMC ”Bank və kassa əməliyyatları üzrə Mühasib” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Təhsil-İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
 - İş təcrübəsi-1 ildən artıq mühasibatlıq sahəsi üzrə;
 - 1C, MS Excel bilikləri;
 - Detallara diqqət etmək, məsuliyyət və dəqiqlik.
 
Vəzifə öhdəlikləri:
- Nağdsız ödənişlərin aparılması, ödəniş sənədlərinin hazırlanması;
 - Təchizatçı şirkətlər ilə imzalanmış üzləşdirmə aktları əsasında internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
 - 1C proqramında bank çıxarışlarının işlənməsi;
 - Elektron vergi sistemi ilə işləmək, e-qaime-nin düzgünlüyünün yoxlanılması, onlayn kargüzarlıq ilə iş;
 - Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;Bank əməliyyatlarının yoxlanılması, nəzarəti və uçotunun aparılması;
 - Müxtəlif məsələlərin həlli üçün banklarla əlaqə saxlanılması;
 - Sənədlərin arxivləşdirilməsi;
 - Dövrün aylıq bağlanması, rəhbərlik üçün hesabatların hazırlanması;
 - Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
 
İş şərtləri:
- Stabil iş
 - Icbari sığorta
 - Əmək haqqı: razılaşma əsasında;
 - Nahar şirkət tərəfindən təmin edilir
 - İş vaxtı: 9.00 – 18.00
 - İstirahət günləri: Şənbə və Bazar günü.
 - Maraqlananlar öz CV formalarını eyvaz.eyvazov@aplus.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Bank və kassa əməliyyatları üzrə Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
 - Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
 
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...