Qısa məzmun
A+A Security Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Direktor əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
- müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir.
- Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir.
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır.
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir.
- Bank hesablarından ödənişlərin edilməsi, bank hesablarına daxil olan vəsaitlərin və xaric olan vəsaitlərin 1 C sisteminə işlənməsi.
- Müştəri tərəfindən aylıq olaraq ödəniləcək hər bir növ borcların ödənilməsinə nəzarət edilməsi
- Bank hesablarından borcların yığılması
- Avans ödənişlər və ona bağlı əməliyyatlar
- Baş mühasibin və müdiriyyətin müxtəlif tapşırıqlarının yerinə yetirilməsi
- Sənədlərin Ms Excel və Ms Word proqramlarında düzgün qeydiyyatı
- Hesab-fakturaların tərtibatı ilə məşğul olunması.
- Kassanın aparılması
- Şirkət tərəfindən göstərilən xidmətlərin 1C proqramına daxil edilməsi
Tələblər:
- Ali təhsil (Maliyyə-mühasibatlıq sahəsinə üstünlük verilir)
- Azərbaycan dili
- Excel və 1C (7.7, 8.3) mühasibat proqramını istifadəçi səviyyəsində bilməli
- E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
- Kollektivlə işləmə
İş şərtləri:
- Həftə içi: 09:00 – 18:00 (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə və bazar günləri
- İş yeri: Nərimanov rayonu, Əhməd Bəy ağa oğlu kücəsi 24b
- Əmək haqqı – 900 AZN
Maraqlanan şəxslərdən CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə “Mühasib” başlığı yazılmalıdır
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...