Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AGA Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə minimum 3 il tələb olunur.
Vəzifələr:
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Gəlir və xərclərin hesablanması;
- Banklarla və digər orqanlarla hesablaşmalar;
- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
- Vergi hesabatlarının hazırlanması;
- Maliyyə hesabatlarının hazırlanması;
- Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
- Statistika hesabatlarının hazırlanması.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment və ya mühasibatlıq ixtisası üzrə);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür.
- 1C (8.3) proqramında işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
Tələblərə uyğun namizədlər vakansiya@agagroup.az ünvanına daxil olaraq müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...