Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

CE Parts Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

  • İş yeri: Bakı-Sumqayıt şossesi 5-ci km.(Masazır dairəsinin yanı)
  • İş rejimi və vaxtı: 5 günlük 9:00-18:00
  • Əmək haqqı : 800-900 AZN

İş haqqında:

  • Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların, ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
  • Mal alışları üçün xarici şirkətlərə edilən avans ödənişlərinə uyğun mallar ölkəyə daxil olduqdan sonra rəsmiləşdirilən YGB-lər üzrə müvafiq məlumatların banklara təqdim edilməsi;
  • Xarici şirkətlərə olan borcların nəzarətdə saxlanılması və uçotunun təşkili, ölkədaxili, ölkəxarici və büdcə ödənişlərinin icra edilməsi;
  • Əsas vəsaitlər, mal-material ehtiyatları üzrə uçotun aparılmasının təşkili;
  • E-gov.az, e-taxes.gov.az, e-customs.gov.az portalları, BTP və EFP proqramlarında işləmək bacarıqları;
  • Tender sənədlərinin hazırlanmasına dəstək olmaq;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında gərəkli bilgilər;
  • Müəssisə Rəhbərliyi və Baş mühasib tərəfindən verilmiş digər tapşırıqların vaxtında və düzgün formada icra olunmasını təmin etmək.

Tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
  • Yaş həddi 22-35;
  • Müvafiq vəzifə üzrə 1 ildən çox iş təcrübəsi;
  • Yaxşı səviyyədə Excell bilikləri, PowerPoint proqramında işləyə bilmək;
  • Xarici dil bilikləri: Rus dili və ingilis dili yaxşı səviyyədə;
  • Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər və F3 sertifikatının olması əlavə üstünlükdür;
  • Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Analitik düşünmək və yaradıcı təkliflər vermək.

Əsas təminatlar:

  • Aylıq mobil rabitə limiti ilə təmin olunur.
  • Nahar ilə təmin olunur.
  • Tibbi sığorta ilə təmin olunur.
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir.

Uyğun namizədlər mövzu bölümündə “Mühasib” yazaraq CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı