Qısa məzmun
Sigma Door Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 08:00-dan 17:00-dək
- İstirahət günü: Şənbə,Bazar;
- Əmək haqqı: namizədin iş təcrübəsininə əsasən danışılacaq.
İşiniz nədən ibarətdir?
- Mühasibat sənədlərinin(təhvil-təslim aktı, hesab-faktura, qiymət razılaşdırma protokolu, müqavilə və s.) tərtib olunması, saxlanılması, qorunması;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma;
- e-gov.az(işə qəbul, xitam və s.), e-taxes.gov.az(e-qaimə fakturaların tərtib olunması və s.) və digər portallardan istifadə etmək bacarığı;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək;
- Aylıq əmək haqqının hesablanması(məzuniyyət, son haqq hesab, xəstəlik vərəqəsinin hesablanması);
- Kargüzarlıq işlərini aparılması;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsi.
Sizdən nə tələb olunur?
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1-3 il;
- Təhsil: Ali təhsil;
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli, disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı/prosedur və qaydalara riayət etmək/ analitik düşüncə bacarığı/problemi həll etmə bacarığı.
Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Mühasib” adı yazılmalıdır.
“Sigma Door” MMC əmtəə nişanıdır.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...