Qısa məzmun
Foodcity Agropark Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Mühasib kimi ən az 1 il iş stajına sahib olmaq;
- F3 (Financial Accounting) sertfikatı.
Vəzifə öhdəlikləri:
- Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunu aparmaq
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin – kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, ödəniş tapşırıqlarının, üzləşmə aktlarının təşkili;
- Bank, kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu;
- Sənədlərdə yaranan problemləri təchizat əməkdaşlarına bildirmək və həllinə dair təkliflər vermək;
- Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa ödənişi əməliyyatlarının 1C mühasibat proqramına daxil etmək;
- 1C proqram təminatı, vergi sistemi, internet banking sistemində işləmə bacarığı.
Şərtlər:
- Şirkətin ofisi Bakı şəhəri, Qurban Abbasov küçəsi 29, Bayıl Plazada yerləşir;
- İş qrafiki həftənin 5 günüdür;
- İş saatları həftənin bazar ertəsi və cümə gününədək saat 09:00-dan 18:00;
- Əməkhaqqı məbləği namizədin təcrübəsi,bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müzakirə ediləcək;
Maraqlanan şəxslər “mühasib” başlığı ilə şirkətimizin vakansiyada qeyd olunan e-poçt adresinə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...