Qısa məzmun
Efendiler Group mühasib vəzifəsi üzrə vakansıya elan edir.
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- E-Qaimə fakturaların yazılması;
- Balans, avans hesabatının aparılmasının təmin edilməsi;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Mühasibat sənədlərinin saxlanılması və qorunması;
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
- Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
- MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi,əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti
İş şərtləri:
- Həftədə 6 iş günü,
- Əmək haqqı: Müsahibə əsasında
- AR ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...