Qısa məzmun
AzBadam Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir:
- Vergi orqanlarından daxil olan məktub və sorğuların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Mühasibatlıq əməliyyatları (daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların) üzrə sənədləşmələrin aparılması və ERP proqram təminatına daxil edilməsi;
- E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması, eləcə də gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə gəlirlər, xərclər və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılması və ERP proqram təminatına işlənilməsi;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib etmək və müvafiq orqanlara göndərilməsini prosesində iştirak etmək;
- Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi.
Tələblər:
- Mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq vəzifə üzrə minimum 1-3 il iş staji;
- Vergi qanunvericiliyi üzrə biliklər;
- ERP proqram təminatı ilə işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-sosial, e-taxes və s.);
- Microsoft Office proqramları üzrə biliklər
- Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür.
Sosial imtiyazlar:
- Nahar təminatı
- Könüllü tibbi sığorta
- Nəqliyyat
https://glorri.com/azbadam/62ff75b6df0040580fc179e4-M%C3%BChasib?
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...