Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Agro Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:

Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsi, mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.  Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

Vəzifə öhdəliyi:

  • Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qayimələri, aktları tərtib edir;
  • İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
  • Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılması;
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
  • Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
  • Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
  • İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
  • mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir.

 Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Mühasibat uçotu, Maliyyə )
  • ACCA (Mühasibat uçotu) sertifikatı
  • Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə  işləmək bacarığı
  • Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq), İngilis dili (arzu olunan)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
  • AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
  • Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Məntiqi analiz qabiliyyəti yüksək olmalı;
  • Dürüst və vicdanlı olmalı;

İşə qəbulun təşkili prosesi:

  • 1-ci mərhələdə İQ test olunacaq. Test nəticələri 70%-in üstü olan namizədlər növbəti mərhələyə keçəcək.
  • 2-ci mərhələdə Baş mühasib ilə görüşüləcək.
  • 3-cü mərhələdə müəssisə rəhbəri ilə görüş həyata keçirilib, işə qəbul prosesi başladılacaq.

Təminatlar:

  • Əmək haqqı: 1200 AZN
  • İş qrafiki: Həftə içi  5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu

Vakansiyaya uyğun namizədlər CV-lərini Mühasib başlığı ilə e-mail ünvanına göndərə bilər.

Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı