Qısa məzmun
PASHA Holding Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Mühasib vəzifəsinə tələblər:
- E-qaimələrin, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
- Əməkdaşların təsdiq edilmiş xərc hesabatlarının yoxlanılması və avans sorğularına əsasən onlara ödənişlərin edilməsi;
- Təchizatçılara ediləcək ödənişlərin nəzarətda saxlanılması, hesab-fakturaların və xərclər üzrə hesabatların əsasında hesablara və xərc mərkəzlərinə salınması, qeydiyyatı və xərclərə nəzarət;
- Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
- Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
- Təchizatçıların sənədlərinin idarə edilməsi;
- Ehtiyac yarandığı halda, xüsusilə ay sonlarında Baş mühasibə dəstəyin göstərilməsi;
- ERP platformasında müvafiq müxabirləşmələri vermək;
- Xarici, daxili təchizatçılara ödənişlərin və büdcə ödənişlərinin həyata keçirilməsi
- Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
- Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
- Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Sahədə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramlarının mükəmməl biliyi;
- Güclü ünsiyyət bacarıqları;
- Azərbaycan və ingilis dillərinin səlis biliyi, rus dili üstünlükdür;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Nəticə yönümlü;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.
- ERP proqramlarında işləmək bacarığı
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Mühasib” qeyd olunmalıdır;
- CV-lər 25 avqust 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...