Qısa məzmun
Trawell Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
- Departament: Maliyyə
- İş yeri: Azərbaycan, Bakı
- İş qrafiki: Tam / 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
- Yaş həddi: 30 yaşa qədər;
Əsas vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
- Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Aylıq, rüblük və illik Vergi ( ÖMV, gəlir, mənfəət və s.) , DSMF və Statistika və digər əlaqəli bütün hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi, Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
- Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
- Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
- Maliyyə-Mühasibatlıq üzrə Program təminatı üzrə bütün Əməliyyatlarınn həyata keçrilməsi və sistemə daxil edilməsi;
- Məzuniyyətlərin sistemləşdirilməsi, ərizələrin və ƏMR-ləşmələrin edilməsi;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Maliyyə Menecerinin tələb etdiyi bütün digər vəzifə öhdəlikləri;
Namizədə tələblər:
- Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2-3 il professional iş təcrübəsi (Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən Şirkətlərdə təcrübə üstünlükdür);
- AR Vergi və Əmək məcəlləsi üzrə və Milli mühasibat uçotu standartları biliklər və praktiki təcrübə;
- E-gov.az, e-taxes.gov.az, e-sosial.az portallarda və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
- Yüksək riyazi zəka və analiz etmə bacarığı və həll yönümlü olmaq;
- Müqavilələrin hazırlanması üzrə təcrübə;
- ERP- və digər bu kimi Maliyyə proqramlarında təcrübə üstünlükdür.
- Microsoft Office proqramlarıda (xüsusilə Excel) praktiki olaraq yaxşı işləyə bilmək ;
- Disiplin, məsuliyyət, fokslu və cəld işləmə qabiliyyəti yüksək, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
- Əla Azərbaycan dili və praktiki İngilis dili;
- ACCA -FA və digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür;
Təklif:
- Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı Net: 800-1000 AZN +KPI Bonus (təcrübədən asılı olaraq);
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq.
Müraciət üçün emailə “Mühasib” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizərdlər məqbul hesab ediləcəkdir.
Son Tarix: 20.08.2022
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...