İstehsal və İnventar üzrə mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora İstehsal və İnventar üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
  • İstehsal xərclərinin bölüşdürülməsi;
  • İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar edilməsi;
  • Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;
  • Məhsul resepturalarının sistemə daxil edilməsi;
  • Anbar qalıqlarının uçotunun aparılması;
  • İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Debitor və kreditorların uçotunun aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • ERP proqramları üzrə biliklər;
  • Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
  • İş təcrübəsi : Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta);
  • Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı ş., Aşıq Molla cümə küçəsi, 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal və inventar üzrə mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı