Qısa məzmun
Kanatis MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, birdəfəlik müavinətlərin və s. lazımi hesablamalarının icra edilməsi;
- E-gov, e-tax ilə çalışma bacarığı, debitor və kreditor hesabatlarının tərtib edilməsi;
- E-qaimə fakturaların və kağız hesab-fakturalarının tərtib edilməsi, internet-bankinq üzrə lazımi əməliyyatların, ödənişlərin icra edilməsi;
- Vergi (ƏDV, Mənfəət, Vahid bəyannamə və.s), statistika və dsmf hesabatlarının hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
- Sahə üzrə minimum 2 illik təcrübə;
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə (vergi, əmək və.s) müvafiq biliklərə sahib olmaq;
- Azərbaycan və ingilis dili üzrə biliklər (rus dili arzuolunandır);
- Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikatlar;
- Analitik təhlil bacarığı.
Əlavə Məlumat:
- Nahar ilə təmin olunur;
- Korporativ nömrə ilə təmin olunur.
- Maraqlanan və uyğun namizədlərin CV-lərini mövzu hissəsində “mühasib” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə nömrəsi:
- +994 51 252 24 51
- +994 51 229 55 42
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...