Mühasib
vakansiya — 2022

Şirkətlər üçün:

Elan sifarişi:
Reklam sifarişi:

Qısa məzmun

AS Nagliyyat Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Bəy namizədlərə üstünlük verilir.

Öhdəliklər:

  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq
  • Servis xidməti üzrə mühasibat əməliyyatlarının aparılması
  • Kassa və bank əməliyyatlarının, xaricə köçürmələrin əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək
  • Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • ƏDV ilə işləmə bacarığı
  • Bəyannamələrin hazırlanması və göndərilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • E-portal proqramı ilə işləmək bacarığının olması
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
  • 1C (7.7, 8.3 muhasibatlıq) proqramında işləmə bacarığının olması.
  • Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Namizəddən tələblər:

  • Maliyyə və Mühasibat sahəsində ali təhsil;
  • Mühasibatlıq üzrə 2 ilə qədər iş təcrübəsi
  • 1C (7.7 8.3), BTP, MS Office, EMAS
  • Vergi qanunvericiyi üzrə məlumatlı;
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

Digər məlumatlar:

  • İş rejimi: 5 günlük iş rejimi
  • Əmək haqqı: Müsahibə zamanı biliklərə əsasən qiymətləndiriləcək.
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Bəy namizədlərə üstünlük verilir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – Mühasib, qeyd etməklə CV formalarını e-mail ünvanına göndərə bilərlər.

3 - 30 günşərtləri oxu
Online CV yerləşdir