Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Problemləri həll etmə bacarığı olmalıdır.

BERC Group MMC Vergi və maliyyə xidmətləri şöbəsinin mütəxəssisi (mühasib) vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
  • Bəyannamələrin hazırlanması və göndərilməsi;
  • Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
  • Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
  • Maliyyə hesabatların tərtib edilməsi;
  • Debitor – kreditorlarla hesablaşmaların aparılması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
  • Yaş: 23-35 yaş;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes v.s) ;
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.

Bacarıq və səriştələr

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
  • Problemləri həll etmə bacarığı olmalıdır;

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 31.05.2022-ci il tarixinədək hr@bercgroup.az elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Şirkət haqqında

  • İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC Group MMC  2016 – cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, digital marketiq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
  • Veb sayt :      www.bercgroup.az
  • Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə,44C
  • Əlaqə nömrəsi: +994 12 555 14 85, +994 50 555 14 85

 

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı