Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Titan Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Excell proqramında yüksək səviyyədə işləmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • E-qaimə faktura tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
  • Gündəlik kassa, bank əməliyyatlarının, İnternet-bankinq sistemi vasitəsilə köçürmələrin aparılması
  • Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
  • Pul hərəkəti hesabatlarının və mənfəət-zərərlər hesabartlarının hazırlanması;
  • Mal-materialların və əsas vəsaitlərin uçotunun aparılması, istehsal olunmuş hazır məhsulun kalkulyasiyasının eləcə də, gömrük bəyannamələri əsasında idxal olunmuş malın kalkulyasiyasının çıxarılması və uçotu;
  • Əmək haqqı, məzuniyyət, istifadə olunmamış məzuniyyət haqqının (son haqq-hesabın), eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və ezamiyyət məbləğlərinin hesablanması;
  • Məşğulluq İdarəsinə, Dövlət Statistika Komitəsinə və Vergilər Nazirliyinə (ƏDV, Sadələşdirilmiş, MÖMV, ÖMV, Əmlak, Mənfəət, MDSS, İşsizlikdən sığorta) aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim olunması;
  • Depozit hesabının və şəxsi vərəqənin idarə olunması;
  • E-gov.az, e-taxes.gov.az portallarından istifadə və onlayn kargüzarlıq vasitəsilə ilə Vergi orqanları ilə yazışmaların aparılması;
  • Aylıq balansın çıxarılması.
  • Bank əməliyyatlarının aparılması və uçotda əks olunması;
  • Kassa əməliyyatlarının sənədləşməsi və uçotunun aparılması
  • Uçot bazasında ilkin sənədlər əsasında müxabirləşmələrin aparılması.

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı
  • Dl bilikləri: Azərbaycan, rus və ingilis dilləri arzuolunandır
  • İstehsalat sahəsində ən azı 1-3 il iş təcrübəsinə malik olmalıdır.
  • ERP və 1C proqramlarında işləməyi bacarmalıdır.
  • Stress altında işləməyi bacarmalıdır.
  • Əmək haqqı 800-1000 AZN.
  • İş qrafiki -həftədə 5 gün (şənbə və bazar istirahət günləri)
  • İş saatı -09:00-18:00

Maraqlanan şəxslər hr@titan.az elektron poçt ünvanına “Mühasib” başlığı altında öz CV-lərini göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı