Qısa məzmun
GM Construction şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
 - Aylıq hesabatlar – mal və material tədarükçüləri ilə üzləşdirmə aktlarının sorğulanması və yoxlanılması (hesabat ayı sonunda mühasibatlığa təqdim olunmayan sənədlərin operativ şəkildə müəyyən edilməsi)
 - 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (köçürmə, silinmə, inventarların, məişət aksesuarlarının, təkrar istifadə olunan materiallarla əməliyyatlar və s.) istismara verilməsi
 - Vergi və mühasibat uçotunu aparmaq
 - Hesab və elektron qaimə-fakturalarının yazılması
 - Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
 - Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
 - Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
 - İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək
 - Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
 - AR ƏM əsasən rəsmiləşmə
 - Əmək haqqı 800-1000 man
 - Korporativ nömrə ilə təmin olunma
 - İş rejimi: 6 günlük, saat 09:00-dan 18:00-dək, şənbə saat qısaldılmış iş saatı
 - İş yeri: Bakı şəhəri, H.Əliyev pr 189
 
Namizədə tələblər:
- İxtisas üzrə azı 3 il iş təcrübəsi
 - Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
 - Konfidensiallığı qoruyub saxlamaq bacarığı
 - Vergi Məcəlləsini bilməli
 - MS Office, 1C 8.3 proqramında işləmək bacarığı
 - Analitik təhlil bacarığı
 - Məsuliyyət, düzgünlük, dəqiqlik
 
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...