Qısa məzmun
Səba Şirkətlər Qrupu Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi arzuolunandır.
- Əmək məcəlləsinə uyğun sənədləşmə.
- İş qrafiki: I-V günlər, 09:00-18:00.
Namizədə Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi
- Mühasibat müxabirləşmələri mükəmməl bilən
- MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı
- Komandada işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti
- İşi planlamaq bacarığı
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı
İş Haqqında Məlumat:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- Anbar sayımında iştirak etmək.
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
CV-lərin təqdim edilməsi üçün son tarix 15.03.2022-ci il
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...