Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Qısa Gömrük Bəyənnaməsinin ödənişinin icrası
- YGB üzrə ödənişin icrası
- Əməkhaqqıdan tutulmaların müəyyən olunması
- Rəsmi əməkhaqqının hesablanması
- Online kargüzarlıq vasitəsilə gəlmiş məktublara nəzarət olunması və cavablandırılması
- Sənədlərin (borc, xərc, gəlir, ödəmələr və s.) 1C bazasına işlənməsi (icarə, kirayə, internet, rabitə və s. bənzər xidmətlər də daxil olmaqla)
- Rüblük və aylıq statistika hesabatlarının təqdim olunması
- ƏDV əvəzləşməsi ilə bağlı əməliyyatlar
- Tender iştirak haqqının ödənilməsi
- Kreditor borclara nəzarət olunması, ödənişlərin postuplenielər və ya müqavilələrə düzgün bağlanılmasına nəzarət olunması
- Gələn E-Qaimələrin aylıq təkrar yoxlanılması
- Göndərilmiş E-Qaimələrin 1C əsas bazası ilə uyğunluğunun yoxlanılması
- ƏDV hesabatının hazırlanması
- Vahid bəyannamənin təqdim olunması
- ÖMV hesabatın təqdim olunması
Namizədə dair tələblər:
- Ali Təhsil (Maliyyə və Mühasibat Uçotu)
- Mövcud sahədə 3 il iş təcrübəsi ( konsaltinq, istehsalat şirkətlərində çalışanlara üstünlük veriləcək)
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
- Microsoft Office proqramlarını, 1C 8.3, əsasən də Excel proqramını əla səviyyədə bilmək
- Azərbaycanin Əmək məcəlləsinin ,Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş şərtləri:
- Rəsmi qeydiyyat
- İş saatları (həftənin 5 günü saat 08:30-dan 17:30-dək)
- Ünvan: Nərimanov rəy., Çinar Park BM, Ə.Rəcəbli küç.
- Ə/h: 1000-1500 azn (müsahibə nəticəsi əsasında müəyyənləşdirilir)
Maraqlanan şəxslər öz CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...