Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Çinici baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilməlidir.

İş barədə məlumat:

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Əmək haqqı hesablarının işlənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi və mühasibat uçotunu aparmaq
  • Hesab və elektron qaimə-fakturalarının yazılması-
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Həm tabeçiliyində olan işçi heyətinə, həm də rəhbərliyə lazım olan dəstəyi vermək
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlaraöndərilməsini həyata keçirmək
  • Görülən bütün əməliyyətların şirkət proqramına işlənilməsi
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
  • Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək və rəhbərliyə tələb olunan raporların vaxtında təfil verilməsi
  • Nahar şirkət tərəfindən ödənilir
  • Rəsmi qeydiyyat
  • İş saatları (həftənin 5 günü saat 08:30-dan 18:30-dək)

Namizədə tələblər:

  • Ali Təhsil (Maliyyə və Mühasibat Uçotu)
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
  • Microsoft Office proqramlarını, əsasən də Excel proqramını əla səviyyədə bilmək
  • Azərbaycanin Əmək məcəlləsinin ,Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı