Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZ Smart LLC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Az Smart MMC müxtəlif növ ticarət və xidmət sahələri, eləcə də bank sektoruna innovativ maliyyə texnologiyaları üzrə həllər təklif edir. Az Smart MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir.

Az Smart MMC, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş standartlara cavab verən Nəzarət Kassa Aparatları və proqram təminatı üzrə kompleks həllərini ölkə üzrə müxtəlif ticarət sektorlarına təklif edir. Bu həllər sahibkarların gündəlik işlərini daha sadə və effektiv aparılmasına dəstək olaraq, şəffaf hesabatlılıq və etibarlı sahibkarlıq prinsipləri əsasında işləməyə şərait yaradır.

Şirkətimiz İspaniya, Çin, İngiltərə, Böyük Britaniya, Rusiya və Hollandiyada nümayəndəlikləri olan və innovativ maliyyə texnlogiyalarının tətbiqi üzrə beynəlxalq layihələr həyata keçirən “E-21 Partners” holdinqi ilə əməkdaşlıq edir. “E-21 Partners” Rusiya, Qazaxıstan, Özbəkistan və Moldova kimi ölkələrdə yeni nəsil onlayn kassa aparatlarının tətbiqində geniş təcrübəyə malikdir.

Şirkətimizə təcrübəçi axtarılır

Vəzifəyə olan tələblər:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanmasında köməklik

Vəzifə öhdəlikləri:

  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit)
  • Yaş həddi: 18-25
  • Mühasibatlıq sahəsində 3/4-cü kurs tələbələri və ali məktəbi yeni bitirmiş şəxslər
  • Dil bilikləri: Azərbaycan(əsas), Rus (orta), İngilis(orta)
  • MS Office bilikləri
  • İş təcrübəsi tələb olunmur;
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Digər məlumat:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki: bazar ertəsi – cümə;
  • İş saatı:09:00-dan 18:00-dək

Tələblərə cavab verən namizədlər Oktyabr ayının 5-dək öz CV formalarını jobs@azsmart.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Təcrübəçi (mühasib)” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə