Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Mühasibat uçotu sahəsində ən azı 1 il iş təcrübəsi arzu olunur.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Mühasib tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin maliyyə uçotunu qanunvericiliyə uyğun olaraq aparmaqdır.
Vəzifə öhdəlikləri:
- Daxil olan ilkin sənədlər əsasında məlumatları mühasibat uçotu proqramına daxil edir
- Kreditor və debitorlarla hesablaşmaları aparır
- Pul vəsaitinin hərəkətini eyni zamanda yerli/xarici ödənişləri icra edir və uçotunu aparır
- Mühasibat sənədərini arxivləşdirir
- Hesab-fakturalarını hazırlayır
- Nağd və qeyri-nağd əməliyyatların uçotunu təşkil edir
- Daxil olan sorğulara əsasən sifariş olunan malların sistemdə yerləşdirilməsi və buna aid ödənişlərin icra olunması
- İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablayır
- Əmək haqqı üzrə hesablamaların mühasibat proqramında uçotunu aparır
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır
- İşə qəbul prosesini icra edir
- Menyu məsrəflərinin aparılması
- Daxili maliyyə hesabatların hazırlanması
Əsas tələblər:
- Təhsil:
- İqtisadiyyat, Maliyyə üzrə Ali təhsil
- Təcrübə:
- Maliyyə və Mühasibat sahəsində 3 illik təcrübə
- Professional Biliklər:
- Vergi Məcəlləsi – əsas baza biliyi
- Mühasibatlıq
- MS Office Proqramları
- Mühasibat uçotu
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)
- Professional Bacarıqlar və Kompetensiyalar:
- Zamanın idarə olunması
- Detallara diqqət
- Analitik düşüncə
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sağlam Ailə Ultralab klinikasında Xəzinədar vakansiyası aktivdir. ...