Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta olunur.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat:

  • İş yeri – Çinar Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edilməsində iştirak,
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak

Tələblər:

  • Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
  • Təcrübə: Minimum 1-3 il (Müvafiq sahədə 2 il )
  • Sertifikatlar: ACCA ( F3, F7) və ya CİMA (BA2, BA3)
  • Dil bilikləri: Azərbaycan Dili ,
  • İT üzrə biliklər: Microsoft Office və 1C (və ya digər mühasibatlıq proqramları)

Texniki Bacarıqlar:

  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
  • Mühasibat uçotu hesablar planı
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
  • Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
  • Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları

Səriştəlik:

  • Təşəbbüskarlıq və məsuliyyətlilik
  • İntizamlılıq və nəticəyə köklənmə
  • Açıq fikirli və problemi həll etmə bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Düzgünlük və dəqiqlik
  • Yüksək təqdimat bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı