Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Prior Leasing Mühasib (mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.

“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

İşəgötürən: “Prior Leasing” ASC

Vəzifə: Mühasib (mütəxəssis)

İşin təsviri:

  • Gündəlik olaraq E-Gov.Az portalindan yeni gələn YGB-lərin işlənməsi.
  • İdxal olunan malların maya dəyərinin hesablanması.
  • Satış qiymətinin təyin edilməsi və sistemə daxil edilməsi.
  • GNİ əməliyyat sisteminə idxal olunan malların işlənməsi, xərclərin əlavə edilməsi.
  • Yeni malların faktiki anbar qalığına əlavə edilməsi.
  • Satılmış mallar üzrə TTA və buraxılış vərəqəsinin tərtib olunması, təhvil verilmiş mallar üzrə GNİ əməliyyat sistemində gəlir xərcin tanınması və Faktiki anbar qalığından həmin malların silinməsi.
  • Satılan mallar üçün e-qaimənin yazılması və Vergi Kargüzarlığına daxil edilməsi.
  • Aylıq satış hesabatların hazırlanması.
  • Anbarlararası yerdəyişmənin təşkili.

Namizədə dair tələblər:

  • Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
  • Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat);
  • MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
  • GNİ Sistemi, E-taxes.gov.az, e-gov.az (YGB izlənilməsi), Bitrix24, Azpetrol, Google sheet faktiki anbar qalığı cədvəli;
  • Vergi qanunvericilikləri üzrə məlumatlı;
  • Azərbaycan və Rus dilləri- sərbəst;
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

İş qrafiki:

  • 6 günlük iş həftəsi
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (mütəxəssis)” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər.

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı