Qısa məzmun
Çinar Park QSC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi qanunvericiliyi üzrə biliklər olmalıdır.
Web: www.chinarpark.az
Müəssisə: “Çinar Park” QSC
İş qrafiki : 9:00-18:00
Namizədə olan tələblər:
- Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- İş təcrübəsi: müvafiq sahədə azı 2,3 il iş təcrübəsi;
- Azərbaycan sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dili arzu olunandır);
- MS Office (xüsusilə Excel), 1C, e-gov.az e-taxes.gov.az, BTP proqramlarını bilməli;
- Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Mühasibatlıq üzrə nəzəri biliklər (ACCA F3 sertifikatı olanlara üstünlük veriləcəkdir);
- Yeni hesablar planı üzrə biliklər;
- Vergi qanunvericiliyi üzrə biliklər;
Vəzifə öhdəlikləri:
- İlkin sənədlərin təşkili və uçotu
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun təşkili və nəzarət edilməsi
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Debitor və kreditor borcların uçotunun aparılması
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü: 09:00-dan 18:00-dək
- Əmək haqqı 800 AZN (nett);
- Şənbə qısa iş və bazar günü qeyri iş günüdür,;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Maraqlanan namizədlərdən öz CV-lərini cavid.yusubzada@chinarpark.az poçt ünvanına, mövzu bölməsində Mühasib yazmaqla göndərmələri xahiş olunur.
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Regency Consulting and Tax Solutions MMC təcrübəçi mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Tələb olunan təhsil, iş təcrübəsi Tam ali təhsil (riyaziyyat ixtisası üzrə bakalavr təhsili olması üstünlükdür.) Ofis proqramlarında sərbəst işləmə ...
CMT Group MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...