Qısa məzmun
Ikma Mühasib vəzifəsi üzrə vakansiya elan edir. İşə planlı yanaşmaq bacarığı olmalıdır.
2005-ci ildə əsası qoyulan IKMA şirkəti Azərbaycan və Gürcüstan bazarında ən böyük və uğurlu lift şirkətlərindən biridir. İKMA Finlandiya markası olan və sahəsi üzrə dünyanın ilk 3 – lüyündə yer alan KONE brendinin 15 ildən artıq bir müddətdə rəsmi distribyutorudur. Belə ki, Respublikamızda dövlət əhəmiyyətli müəssisələr, ticarət və iş mərkəzləri, premium yaşayış komplekslərindəki avadanlıqlar İKMA şirkətinin peşəkar işçi heyəti tərəfindən təchiz edilib.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə İKMA komandasının fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Tələblər:
- Təhsil: Ali (İqtisadi)
- İş təcrübəsi: 2 il iş təcrübəsi olan;
- Dil bilikləri: Azərbaycan dili;
- Kompüter bilikləri: 1C Proqramını (Micro Proqramını) və MS Office yaxşı səviyyədə bilməsi.
İşin təsviri:
- İlkin sənədlərin tərtibatı (müqavilə, hesab – faktura, təhvil – təslim aktları və s.), hazırlanması, nəzarəti və qeydiyyatının aparılması
- Hesabat proqramı üzərindən məlumatların daxil edilməsi və qeydiyyata alınması
- Kassaya nəzarət
- İR prosesləri zamanı portal ilə işləmə və kargüzarlıq işinin aparılması.
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşmaq bacarığı;
- Analitik təhlil qabiliyyəti;
- Yüksək ünsiyyət bacarığı,təmkinlilik,etibarlılıq,özünəinamlılıq;
- Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə),
- Məsuliyyətlilik, kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü
Son müraciət tarixi: 7 may 2021 – ci il
Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi joinus@ikma.com elektron ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...