Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft və ofis proqramlarını mükəmməl bilməlidir.

Mühasib

Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Nəzərdə tutulan əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına əsasən müəyyən olunacaq
Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

  • Maliyyə, Mühasibat uçotu və Audit sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə (Maliyyə analitiki, Hesabat və büdcələmə) minimum 3 il iş təcrübəsi;
  • Analitik təhlil, strateji düşünmə,statistik və riyazi biliklər;
  • Azərbaycan, Rus və İngilis dillərində mükəmməl danışıq və yazı;
  • Ölkədaxili və xarici səfər etmək imkanına malik olmaq;
  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;

Əsas vəzifə öhdəlikləri:

  • Beynəlxalq mühasibat uçotunun tələblərinə uyğun olaraq aralıq və illik maliyyə hesabatlarını tərtib etmək;
  • Hesabatlılıq prosesinin və aylıq bağlanış prosedurlarının səmərəli təşkilini həyata keçirmək;
  • Xarici və daxili auditorlarla qarşılıqlı əməkdaşlıq, sorğuların emalı, məlumatları toplamaq və təqdim etmək;
  • BMHS tələbləri əsasında mühasibat uçotunun aparılması ilə əlaqədar mühasibatlıq komandasına metodiki dəstək vermək;
  • Mütəmadi olaraq müvafiq nəticələri anlamaq və texniki məsələlər və Mühasibat Uçotu Standartlarının dəyişiklikləri üzrə müntəzəm yenilikləri izləmək üçün onları təhlil etmək;
  • Balans, Mənfəət və zərər hesabatlarını hazırlanmaq;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərmək;
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş mddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
  • Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;

E-mail : cv@akkord.az

Mövzu hissəsində ” Mühasib” qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı