Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Your Decor and Events Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Bank və kassa əməliyyatlarını bilməlidir.
Your Décor and Events MMC: artıq neçə illərdir ki, Azərbaycanda reklam məhsullarının istehsalı və işgüzar tədbirlərin təşkili sferasında birincilik uğrunda müvəffəqiyyətlə mübarizə aparır.
Bizim komandamızın fəaliyyət sferasına aşağıdakılar daxildir:
- tədbirin kreativ konsepsiyasının hazırlanması
- tədbir üçün məkan seçilməsi
- event – logistika, dekor
- KİV işıqlandırma, foto və video reportajlar
- texniki təchizat (dizaynın hazırlanması, məkanın bəzədilməsi/dekorasiyası, tipoqrafiya, personalın seçimi, logistika, katerinq)
Bizim digər komandamızın mütəxəssisləri istənilən reklam məhsulunun sürətli və keyfiyyətli çapı və quraşdırılmasını uyğun qiymətə həyata keçirməyə hazırdır, bu səbəbdən biz öz xidmətlərimizi məmnuniyyətlə istər fiziki, istərsə də hüquqi şəxslərə təklif edirik.
Vəzifə: Mühasib
İş barədə məlumat:
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icrası
- Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Əməliyyatların 1C proqramında işlənməsi
- Vergi hesab fakturaların yazılması
- Bank və kassa əməliyyatları
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla)
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Microsoft Office, 1C, BTP, EVHF hesabatları mükəmməl səviyyədə bilmə
- Əmək haqqı razılaşma yolu ilə
Namizədlərdən CV-ləri (şəkilli) qeyd olunan e-mail adresinə göndərmələri xahiş olunur: info@yes.com.az
Oxşar vakansiya siyahısı:
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sağlam Ailə Ultralab klinikasında Xəzinədar vakansiyası aktivdir. ...