Qısa məzmun
Ə/h 700-1000 AZN. Avto Motor Servis” MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycanın Vergi Məcəlləsini və tələb edilən qanunvericilik sahələrini bilməlidir.
İş barədə məlumat:
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdimi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı hesabların xərclənməsinə, ştat cədvəlinə, tabel və s. sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərin aparılması, məhsulların rəsmi sənədləşməsi
- İş qrafiki: həftədə 5 gün
saat 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Ali təhsil
- Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma və bununla əlaqədar iş təcrübəsi
- Vergi və mühasibat uçotunun tam sərtbəst şəkildə aparılması bacarığı
- Microsoft Office proqramlarını, əsasən də Excel və 1C-ni yaxşı bilmək
- Azərbaycanın Vergi Məcəlləsini və tələb edilən qanunvericilik sahələrini bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər iş görüşməsinə dəvət olunacaqlar.
Zəhmət olmasa CV-lərinizi hr@avtomotorservis.com e-mail adresinə “Mühasib” başlığı altında yollayın.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...