Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kaspi Təhsil Şirkəti mühasib vəzifəsi üzrə vakansiya elan edir. Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müəssisə üzrə daxil olan və çıxan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək, onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
- Xərc smetalarının icrasını, görülən iş və xidmətlərin uçotunu aparmaq;
- Müəssisənin göstərdiyi məhsul və xidmətlərin maya dəyərinin hesablanması üzrə tövsiyələr vermək və məlumatla təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosesə nəzarət etmək;
- Mövcud qanunvericiliyə uyğun olaraq Müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Müəssisənin əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək;
- Müəssisənin aylıq və illik maliyyə hesabatlarının hazırlanması üzrə tövsiyələr vermək və lazımi dəstək göstərmək;
- Müəssisənin ödənişlərinin vaxtında yığılması və ya ödənilməsini təşkil etmək, gecikdirilən ödənişlərlə bağlı müvafiq tədbirlər görmək;
- Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.
Vakansiya tələbləri:
- Müvafiq sahə üzrə ali təhsil;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
- MS Office proqramlarından yüksək istifadə bacarığı;
- 1C proqramından istifadə bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: I-V günlər 09:00-18:00
- İş yeri: Bakı ş., “Kaspi” Müəssisəsi
- Elan tarixi: 08.12.2020
- Son müraciət tarixi: 10.01.2021
Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. ( https://www.kaspi.edu.az/career/ )
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...