Qısa məzmun
Ə/h 1500-2000 AZN. Çinici Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilməlidir.
İş barədə məlumat:
- Vergi və mühasibat uçotunun aparılması
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdimi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı hesabların xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Gömrük işlərin aparılması, məhsulların rəsmi sənədləşməsi
- Nahar şirkət tərəfindən ödənilir
- Rəsmi qeydiyyat
- İş saatları (həftənin 5 günü saat 09:00-dan 18:30-dək, şənbə günü 09:00-dan 13:00-dək)
Namizədə tələblər:
- Ali təhsil
- Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək.
- Azərbaycanin Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər iş görüşməsinə dəvət olunacaqlar.
.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...