Qısa məzmun
Ə/h 500-700 AZN. EvoTech Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi olmalıdır.
Vəzifələri:
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması;
- Təhtəlhesab şəxslər üzrə avans hesabatlarının hazırlanması və həmin hesablara nəzarət;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, əmək haqqı, məzuniyyət, ezamiyyət və son haqq hesabların hazırlanması;
- Kreditor və debitorlar ilə hesablamaların uçotunun aparılması;
- Qaimə faktura, hesab fakturalarının işlənməsi,
- Bütün növ vergi hesabatlarının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hazırlanması və təqdim edilməsi;
- DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi
Tələblər:
- Mühasib kimi minimum 3 illik iş təcrübəsi
- 1C proqramının 8.2 və ya 7.7 versiyasında işləmə təcrübəsi;
- e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- İnternet Banking sistemindən istifadə;
- Mühasibat uçotunun metodikasının biliyi;
- Mühasibat hesablaşmaları üzrə təcrübə;
- Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi;
İş qrafiki: Həftənin 5 günü: 09:00 -18:00 dək
İş yeri: Bakı şəhəri
Əmək haqqı 500-700 AZN.
Vakansiyaya müraciət etmək istəyən şəxslərdən mövzu yerində “Mühasib” qeyd etməklə öz CV-lərini shahla.qayibxanova@evotech.az e-mail ünvanına göndərmələri xahiş edilir
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...