Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Sığorta Mühasib vəzifəsi üzrə vakansiya elan edir. MS Office ilə qabaqcıl istifadə bacarıqları olmalıdır.
Əsas öhdəliklər:
- Sığorta əməliyyatları və inzibati xərclər üzrə ödənişlərin icrasına nəzarət;
- Ödəniş prosesinin inkişafına dair yeni təkliflərin verilməsi, yeni nəzarət mexanizmlərin qurulması;
- Şirkətin tərəfdaşları ilə mütəmadi üzləşmələrin aparılması, uyğunsuzluqların araşdırılması;
- Avans hesabatlarına və ezamiyyətlərə, təhtəlhesab şəxslər ilə hesablaşmalara nəzarət;
- Ödənişlərlə bağlı sorğuların vaxtında cavablandırılması, ödənişlərdə gecikmələrin / sual / çətinliklərin araşdırılaraq həll edilməsi;
- Ayın bağlanması ilə bağlı əməliyyatlar;
- Mühasibat uçotuna aid olan sənədlərin bütövlüyünün və tamlığının qorunması, sənədlərin arxiv üçün hazırlanması;
- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
- Maliyyə istiqamətində və ya digər texniki sahədə ali təhsil;
- Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi (xüsusi ilə Excel) üzrə yaxşı bilik və bacarıqlar;
- Dil bilikləri – Azərbaycan dilinin mükəmməl, ingilis və rus dilinin işlək səviyyədə olması;
- Stressə davamlı, komandada işləmək bacarığı.
Son müraciət tarixi: 15 sentyabr 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...