Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-700 AZN. Logist LLC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərində səlis danışıq qabiliyyəti tələb olunur.

Vəzifənin öhdəlikləri:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin daxili sənədləşmənin, mühasibat uçotunun hesablar planının, digər uçot registrlərinin təşkilinin həyata keçirilməsi
  • qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotu və hesabatı üzrə informasiya sisteminin formalaşdırılmasına, daxili və xarici istifadəçilərə təqdim olunmasına rəhbərlik edilməsi
  • Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi
  • Əmək haqqı, debitor–kreditor borclar və sair hesablaşmaların qanuniliyinə, vaxtında həyata keçirilməsinə nəzarət edilməsi
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasının və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi
  • Vergi orqanı, Dövlət Sosial Müdafiə Fondu və sair qurumlarla işin təşkil edilməsi;

Şərtlər:

  • Əmək haqqı: Namizədə uyğun olaraq 500-700 AZN-dən başlayaraq
  • İş qrafiki həftə içi 9 00 – 18 00, şənbə 9 00 – 14.00 istirahət günü – bazar
  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • Şirkət nömrəsi ilə təmin olunma
  • Kadrların ixtisas inkişafına yönəlmiş təlimlərin təşkili

Namizədə tələblər:

  • Ali təhsil ( Mühasibat uçotu , Maliyyə, İqtisadiyyat )
  • 1C, Microsoft Office, internet bilik və bacarıqları yüksək səviyyədə.
  • Mühasib kimi ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu biliklərinin olması;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  • AR Prezidentinin müvafiq Fərmanları və Nazirlər Kabinetinin qərarlarını haqqında məlumatlaı olmalı;
  • Maliyyə hesablaşmalarının hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatların hazırlanması və təqdim olunması;

Maraqlanan namizədlərdən öz CV-lərini info@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı