Qısa məzmun
AR GROUP İNŞAAT MMC Mühasib köçəkçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İş qrafiki 1-5 ci günlər, Saat 09:00-dan -18:00-dək
- Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi
- Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi internet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtib edilməsi və bank çıxarışlarının proqrama işlənməsi
- Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi
- Əməkdaşların əmək haqqılarını hesablamaq
- Əsas vəsaitlərin və inventarizasiya uçotunun aparılması
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- Vergi qanunvericiliyi üzrə biliklər
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Aylıq hesabatlara ciddi riayət
- Məsuliiyətli, ünsiyyətcil və aktiv olmalı. Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı
- E-gov.az, e-taxes.gov.az
- BTP –dən işləmə bacarığı
- Müdriyyətin tapşırdığı, işləri və hesabatları vaxtında yerinə yetirmək, rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
- Təşkilat daxili mühasibat uçotunun aparılması
- Aylıq hesabatlarının tərtib edilməsi
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...