Mühafizəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Safe Union Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
  • Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
  • Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
  • Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
  • Hadisələrə qarşı diqqətli davranmaq
  • Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
  • Obyekti vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
  • Obyektə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
  • Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
  • Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
  • Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
  • Növbə zamanı xüsusi geyim formasında olmaq
  • Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
  • Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
  • Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

İş haqqında məlumat:

  • İş yeri: Qara Qarayev m. yaxınlığı
  • Vəzifə: nəzarətçi
  • İş rejimi: həftənin 5 günü, saat 09:00-dan 18:00`a kimi, Əmək haqqı: 400 AZN

Namizədə tələblər:

  • Yaş: 20-30
  • Cinsi: kişi
  • Həqiqi hərbi xidməti başa vurmuş
  • Təhsili: Tam orta və ya peşə təhsili
  • Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
  • Rus dilini bilməsi üstünlükdür
  • Çevik və doğru qərar vermə bacarığı

Cv-lərinizi hr@safeunion.az ünvanına “Mühafizəçi” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...