Mühafizəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qaya Mühafizə Şirkəti Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.

Qaya Mühafizə Şirkəti” MMC 2014-cü ildən Azərbaycan Respublikasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. Beynəlxalq təcrübələrdən istifadə etməklə mühafizə işinin operativ təşkilini, tərəfdaş qurumların risklərinin əvvəlcədən müəyyən edilib, peşakar mütəxəssislərimiz səmərəli şəkildə həll olunmasını həyata keçirir.

Hazırda Bakı “ərazisində yerləşən şirkətlərə məxsus layihələr ilə əlaqədar Qaya Mühafizə Şirkəti” MMC namizədləri  mövcud olan “Mühafizəçi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

  • Layihələr üzrə ərazilərin və binaların qorunması, həmin ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasınin qarşısının alınması, təhlükəsizliyinin təmin edilməsi
  • Fərdi layihələr üzrə mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkil edilməsi
  • Verilən məlumatlar və materiallar əsasında növbətçi qrupu ilə birlikdə əraziyə baxış keçirilməsi
  • Nəzarət-buraxılış sisteminin müvafiq qaydada həyata keçirilməsini təmin edilməsi;
  • Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
  • Təhlükəsizlik məsələlərinə aid bütün müvafiq xüsusiyyətləri müşahidə edilməsi
  • Bütün işlərlə bağlı şöbə rəhbərinə hesabatların verilməsi

TƏLƏBLƏR:

  • Təhsil: minimum orta ixtisas;
  • Yaş 21-47;
  • Boy: 170-dən yuxarı olmalı;
  • Tələb olunan iş təcrübəsi: mühafizə sahəsində minimum 2 il (üstünlükdür);
  • Hərbi xidmət keçmiş və fiziki sağlam;
  • Detallara diqqətli, məsuliyyətli və intizamlı;
  • Komanda şəklində işləmə bacarığı;
  • Fikirlərini aydın və strukturlaşdırılmış formada ifadə etmək qabiliyyəti;
  • Yanğın təhlükəsizliyi tədbirlərinin və Fövqəladə hallar zamanı Təhlükəsizliyin təmin edilməsi barəsində bilik;
  • Dil bilikləri: Azərbaycan dili – səlis (ingilis dili və ya rus dili bilikləri üstünlükdür;
  • Texniki yenilikləri izləmək və yeni bilikləri iş yerində tətbiq etmək.

Biz nə təklif edirik:

  • Mühafizə xidməti sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;M
  • ehriban və ruhlandırıcı iş mühiti və kollektiv;
  • Əlavə təhsil üçün kurslar və material

İş barədə məlumat:

  • İş Bakı ərazisində yerləşən müxtəlif təyinatlı obyektlər;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
  • İş rejimi –növbəli;
  • İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir;
  • Əmək haqqı 350 AZN və yuxarı (layihədən aslı olaraq  əmək haqqı göstərilən məbləğdən artıq olacaq)
    Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühafizəçi” yazaraq office@qayasecurity.az ünvanına göndərilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...