Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Group Motors Mühafizəçivəzifəsi üzrə vakansiya elan edir. İdmanla məşğul olmalıdır.
VƏFİZƏ ÖHDƏLİKLƏRİ:
- Avtosalon, servis və anbar sahələrinin fiziki və texniki mühafizəsini təmin etmək
- Giriş-çıxış prosesinə nəzarət etmək (nəqliyyat vasitələri, işçilər və ziyarətçilər üzrə)
- Təhlükəsizlik kameralarına nəzarət və hadisələrə operativ reaksiya vermək
- Gecə və gündüz növbələrində obyektin təhlükəsizliyini və əmlakın bütövlüyünü qorumaq
- Müştərilərlə nəzakətli davranmaq, onların suallarını ilkin səviyyədə yönləndirmək
- Təhlükəsizlik pozuntuları, texniki nasazlıqlar və ya şübhəli hallarla bağlı dərhal rəhbərliyə məlumat vermək
- Ərazidə təhlükəsizlik və daxili nizam-intizam qaydalarının qorunması
- Avtomobillərin səliqəli yerləşdirilməsinə və obyekt ətrafındakı ümumi düzənə nəzarət etmək
TƏLƏBLƏR:
- Fiziki cəhətdən sağlam, məsuliyyətli və diqqətli olmaq
- Mühafizə sahəsində azı 1 il təcrübə
- Yaş (23-35)
- Orta və ya orta-ixtisas təhsili
- Hərbi xidməti başa vurması
- Təhlükəsizlik sistemləri (kamera, siqnalizasiya və s.) ilə işləmə bacarığı üstünlükdür
- Dəqiq, punktual və intizamlı olmaq
İŞ ŞƏRAİTİ:
- İş qrafiki: Növbəli
- İş yeri: Toyota Abşeron Mərkəzi (Masazır dairəsinin yanı)
Maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Mühafizəçi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Mühafizəçi (Gəncə)
Baku City Circuit Operating Company Mühafizəçi (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir. ...