Mühafizə Rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ELMANADO Mühafizə Rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Cins: kişi
  • Boy 180-dən yuxarı olmalı
  • Hərbi bilet mütləqdir
  • Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır
  • İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
  • İdarəçilik bacarığı
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
  • Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı

İş barədə məlumat:

  • Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini
    yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
  • Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə
    vaxtaşırı tədbirlər keçirilməlidir
  • Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə
    biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü
    aparmalıdır
  • Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə
    əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin
    edilməsi

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
  • Əmək haqqı: 800 azn
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı
  • CV “Mühafizə rəisi” başlığı ilə cv.elmanado@gmail.com ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...