Mühafizə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspian Traiding Centre Mühafizə vəzifəsi üzrə vakansiya elan edir.

İş Təsviri:

  • Nəzarətçi ona həvalə edilmiş vəzifəyə uyğun olaraq müxtəlif metodlar vasitəsi ilə mağazanın daşınan və daşınmaz malını, əmlakını mühafizə edir;
  • Mağazanın buraxılış və obyektdaxili rejimlərinə nəzarət etmək;
  • Mağaza Nəzarət fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;
  • Nəzarət olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək;
  • Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarının müşayiətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğunu yoxlamaq;
  • Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;
  • Mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə, obyektdaxili rejimə riayət olunmasını tələb etmək;
  • Əməkdaşların giriş və çıxış zamanı əşyalarını texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;
  • Nəzarət olunan obyektə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətini əsaslandırmaq;
  • Risk amillərini müəyyən etmək və qarşısını almaq;

Tələblər

  • Səmimi, nəzakətli və səbirli yanaşma;
  • Dəqiq və gərgin iş qrafikinə əsasən səmərəli işləmək;
  • Problemləri həll etmək bacarığı;
  • Etibarlı və məsuliyyətli olmaq;
  • Yüksək diqqət;
  • Fiziki və mənəvi dözümlülük;
  • Məxfilik

İşə qəbul həftə içi V gün, saat 09:00-18:00-da Mərkəzi İdarədə / Binəqədi rayon, Dərnəgül şossesi, Ziya Bunyadov 13, FAB binasının yanında aparılır.

Həmçinin CV-lərinizi “mövzu” yerinə “Mühafizə” qeyd etməklə hr@topsupermarket.az ünvanına göndərə bilərsiz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...