Müəllimə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alphakids Müəllimə vəzifəsi üzrə vakansiya elan edir.

Tələb olunan iş Bacarığı:

  • Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir,
  • Tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir,
  • Qrupda hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır,
  • Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir,
  • Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir,
  • Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir,
  • Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə bağçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirir,
  • Uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır,
  • “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
  • Əmək və ailə qanunvericiliyini;
  • Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
  • Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
  • Ümumi və xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu;
  • Təlim-tərbiyə işinin təşkilini;
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Tələb olunan təhsil və biliklər:

  • Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
  • 5 ildən 15 ilədək pedaqoji staj (arzuolunan bağça sahəsində) olmalı;
  • Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli;
  • Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-40 AZN
  • Əmək haqqı: 500-1200 AZN
  • İş rejimi: həftədə 5 gün, 07.00-dan 18.00-dək
  • Nahar bağça tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@alphakids.az elektron ünvanına mövzu yerinə “Müəllimə” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...