Qısa məzmun
Alphakids Müəllimə vəzifəsi üzrə vakansiya elan edir.
Tələb olunan iş Bacarığı:
- Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir,
 - Tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir,
 - Qrupda hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır,
 - Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir,
 - Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir,
 - Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir,
 - Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə bağçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirir,
 - Uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır,
 - “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
 - Əmək və ailə qanunvericiliyini;
 - Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
 - Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
 - Ümumi və xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu;
 - Təlim-tərbiyə işinin təşkilini;
 - İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
 - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
 
Tələb olunan təhsil və biliklər:
- Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
 - 5 ildən 15 ilədək pedaqoji staj (arzuolunan bağça sahəsində) olmalı;
 - Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli;
 - Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
 - Komandada işləmək bacarığına sahib olmalı;
 - Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
 
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-40 AZN
 - Əmək haqqı: 500-1200 AZN
 - İş rejimi: həftədə 5 gün, 07.00-dan 18.00-dək
 - Nahar bağça tərəfindən təmin edilir.
 
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@alphakids.az elektron ünvanına mövzu yerinə “Müəllimə” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.