Müəllim (dil müəllimləri)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xəzər Universiteti Dünya IB Məktəbi dil müəllimləri axtarışındadır.

Xəzər Universiteti Dünya IB Məktəbi dil müəllimləri axtarışındadır.

Azərbaycanda ilk özəl ali məktəb olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlı və həyat yoldaşı Nailə xanım İsayeva Dünya Məktəbini təsis etməklə ölkəmizdə təhsilin inkişafına öz töhfələrini vermişlər. Fəaliyyət göstərdiyi  illər ərzində Dünya Məktəbi ən müasir təlim metod və texnologiyalarının tətbiqinə əsaslanıb, dünyanın qabaqcıl təhsil təcrübələrindən faydalanmışdır. 

Dünya Məktəbi 2009-cu ildən etibarən IB məktəbi statusu almışdır. Dünya IB School adı ilə Beynəlxaq Bakalavr Təşkilatı-İnternational Baccalaureate Organization-IBO-nun üzvü olmuşdur.

IB təşkilatı təhsilə məzmun və forma baxımından böyük yeniliklər gətirmişdir. IBO ibtidai və orta məktəb sahəsində nümunəvi dünya şəbəkəsi quran yeganə təşkilatdır.

IBO özünün çox yüksək standartları və pedaqoji dəyərləri ilə bütün dünyada məşhurdur.

Dünya Məktəbi 2009-cu ilin sentyabrından IBO-nun Diplom Proqramını tətbiq edir. Diplom Proqramını bitirən məzunlar IB Diplomu ilə yanaşı Azərbaycan tam orta təhsil attestatı alırlar. Onlar dünyanın hansı ölkəsində istəsələr, eyni IB məktəblərində təhsillərini davam etdirə bilərlər.

Mövcüd olan vakansiyalar:

  • İngilis dili müəllimi
  • Rus dili müəllimi
  • Alman dili müəllimi
  • İspan dili müəllimi

Namizadə tələblər:

  • Müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • 2 il və çox iş təcrübəsi arzu olunandır 
  • Beynəlxalq məktəbdə iş təcrübəsi üstünlükdür
  • Mükəmməl ingilis dili biliyi
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində vakansiyanın adını qeyd etməklə r.cafarov@dunyaschool.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...