Qısa məzmun
AGRO-VEST RETAIL MMC Müdir müavini vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı; Məsuliyyətli olmalı;
- Yüksək ünsiyyət və özünüifadəetmə bacarığı olmalı;
- İş təcrübəsi: 3 ildən çox(Qeyd edilən vəzifə üzrə);
- Yaş: 25-45;
Vəzifə öhdəlikləri:
- İşin başlanmasına iyirmi dəqiqə qalmış satış nöqtəsində olmalıdır, mağazanın fasiləsiz satış işini təmin etməlidir.
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində
olmasını, vitrində boşluqların olmaması təmin etməlidir: - Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə,
oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir; - Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
- Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
- İşçilərin və özünün həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir;
- Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir.
İş şərtləri:
- Stabil iş
- Icbari sığorta
- Əmək haqqı: 700-1000 azn
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Həftə ərzində 1 dəfə.
- Maraqlananlar öz CV formalarını eyvaz.eyvazov@aplus.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Müdir müavini” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Satış üzrə auditor
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
1800₼
Regionlar üzrə satış müdiriİceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı-kassir
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
Merçandayzer ( QUBA ərazisi üzrə)
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...