Qısa məzmun
Content Agency Junior SMM Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək;
- Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq;
- Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək üçün Layihə Meneceri ilə sıx əməkdaşlıq etmək;
- 2 və 3D animasiyaların hazırlanması;
- Sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
Uzun sözün qısası, standart bir “Motion Designer” nə iş görürsə, hamısını görə bilən birini axtarırıq. Amma o qədər də standart olmasın. Çünki eyni zamanda bizə kreativ, yaradıcı, deyib-gülməyi bacaran biri lazımdır ki, həm işimiz yaxşı getsin, həm də nahar vaxtı söhbət edə bilək.
Tələblər:
- Azərbaycan dili səlist (rus və ingilis dili bilməsi arzuolunandır);
- Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere, Adobe After Effects proqramlarında təcrübəli olmaq;
- Dizayner kimi 1-3 il təcrübə (kreativ agentlik təcrübəsi olanlara üstünlük verilir), həmçinin namizəd ilə görüş zamanı portfoliosuna baxılacaq;
İş qrafiki: 5 gün, (şənbə/bazar istirahət)
Əmək haqqı: (müsahibə əsasında təyin ediləcək)
Vakansiyaya müraciət üçün CV-nizi “Motion Designer” başlığı ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vakansiyasını elan edir. ...